logo

Rusiya sülhməramlıları Dağlıq Qarabağda vəzifələrinin icrasına başlayıblar

09:42 11-11-2020 | icon 8456
Rusiya sülhməramlıları Dağlıq Qarabağda vəzifələrinin icrasına başlayıblar

Rusiya sülhməramlı hissəsinin hərbi qüvvələri atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi zonasındakı hərbi əməliyyatlara nəzarət etmək üçün tapşırıqları yerinə yetirəcəkləri əraziyə yollanıblar.

 YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Hərbi kolonlar 250 km-dən çox yol qət etməli və Dağlıq Qarabağdakı təmas xətti boyunca, eləcə də Laçın dəhlizi boyunca Rusiya müşahidə postlarının yaradılması üçün sülhməramlı kontingent yerləşdirməlidir”, - deyə məlumatda qeyd edilib.