logo

Türkiyə və Rusiya prezidentlərinin telefon danışığı olub

21:54 10-11-2020 | icon 1778
Türkiyə və Rusiya prezidentlərinin telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, telefon danışığında Türkiyənin dövlət başçısı Dağlıq Qarabağ məsələsi ilə bağlı uzunmüddətli sülh yolunda düzgün addım atıldığını ifadə edib.

Prezident Rəcəb Tayyib Ərdoğan hazırkı məqamda ən önəmli məsələnin Ermənistanın atəşkəsə və ortaq bəyanatdakı öhdəliklərə əməl etməsi olduğunu vurğulayıb.