logo

Xocalı qatili general Seyran Ohanyan Ermənistandan qaçdı

20:49 10-11-2020 | icon 1925
Xocalı qatili general Seyran Ohanyan Ermənistandan qaçdı

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan Ermənistandan Almaniyaya qaçıb. 

YeniAvropa xəbər verir ki, bu barədə S.Ohanyanın vəkili Karen Mejlumyan “Sputnik Ermənistan”a müsahibəsində bildirib.

O, müvəkkilinin qaçma xəbərini belə təsdiqləyib: “Müalicə məqsədilə və məhkəmə qərarı ilə ölkəni tərk edib”.

Qeyd edək ki, general-polkovnik Seyran Ohanyan Şuşa uğrunda gedən şiddətli döyüşlərdə ağır yaralanıb.

Bundan əvvəl isə general Ohanyan separatçıların lideri Araik Arutyunyan tərəfindən Şuşanın "hərbi komendant"ı  "təyin edilmişdi". 

Xatırladaq ki, S.Ohanyan Ermənistan rəhbərliyində təmsil olunmuş və hazırda da təmsil olunan bəzi şəxslər kimi Xocalı faciəsinin təşkilatçılarından, qətliam qatillərindən biridir.