logo

İran Qarabağda hərbi əməliyyatların dayandırılmasından məmnundur

20:12 10-11-2020 | icon 1750
İran Qarabağda hərbi əməliyyatların dayandırılmasından məmnundur

İranın Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması və birgə bəyanatın verilməsinə münasibət bildirib. 

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə   məlumat İran XİN-in rəsmi saytında yerləşdirilib. Açıqlamada rəsmi Tehranın atəşkəs rejiminin yaranmasından məmnun olduğu bildirilir.

Qeyd olunur ki, İran Qafqaz bölgəsində daim sabitliyin hökm sürməsini arzulayır. İran dövlətlərin ərazi bütövlüyünə təminat verilməsini, qaçqınların öz evlərinə dönməsini, təxribatların qarşısının alınmasını istəyir və bu işlərin həyata keçirilməsinə yardım etməyə hazırdır.