logo

Sloveniya–Azərbaycan oyununu idarə edəcək hakimlər bəlli oldu

13:59 10-11-2020 | icon 2415
Sloveniya–Azərbaycan oyununu idarə edəcək hakimlər bəlli oldu

Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində keçiriləcək Sloveniya–Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.

YeniAvropa xəbər verir ki, noyabrın 11-də Lyublyanada  baş tutacaq  qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Ferenc Karako olacaq. Ona həmyerliləri Peter Kobor və İstivan Albert kömək edəcəklər. Dördüncü hakim funksiyasını David Smayç yerinə yetirəcək.

Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq və "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.