logo

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

10:59 10-11-2020 | icon 2009
Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

Noyabrın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.Bildiriblər ki, Türkiyənin xarici işlər naziri qələbə münasibətilə nazir Ceyhun Bayramovu və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib. Bir millət, iki dövlət olaraq, Azərbaycanın bu sevincinin Türkiyə tərəfindən paylaşıldığını vurğulayıb.

Nazir Ceyhun Bayramov hər zaman Azərbaycan xalqının yanında olduğu, ölkəmizin haqlı mövqeyinə münasibətdə qəti dəstəyini heç zaman əsirgəmədiyi, sevincimizi və kədərimizi bölüşdüyü üçün türkiyəli həmkarına və qardaş Türkiyə xalqına təşəkkürünü bildirib.