logo

Ermənistanda kütləvi etiraz aksiyaları keçirilir

07:44 10-11-2020 | icon 1911
Ermənistanda kütləvi etiraz aksiyaları keçirilir

Ermənistanın baş naziri Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatından sonra Ermənistan vətəndaşları hökumət binasına hücum ediblər.

YeniAvropa Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, etirazlar Dağlıq Qarabağda müharibənin dayandırılması ilə bağlı ölkənin baş naziri Nikol Paşinyanın açıqlamasından sonra başlayıb.

Etirazçılar hökumət binasına daxil olublar. Etirazçıların baş nazirin kabinetə girdiyi və ciddi ziyan vurduğu deyilir. Onlar dövlət atributlarını binadan çıxarmaqla öz etirazlarını bildiriblər.

Həmçinin məlumatlara görə parlamentin spikeri Ararat Mirzoyan və başqa bir nəfərin döyülüb. Yüzlərlə etirazçı parlament binasına doğru hərəkət edib.