logo

Rəsmi: "Moskva Qarabağ müharibəsinə qarışmayacaq"

22:53 09-11-2020 | icon 1890
Rəsmi: "Moskva Qarabağ müharibəsinə qarışmayacaq"

Rusiya Dağlıq Qarabağ münaqişənin həllində daha fəal iştirak etməyi planlaşdırır, lakin ona müdaxilə etmək niyyətində deyil.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,  bu fikri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Exo Moskvı" radiosunun efirində səsləndirib.

M.Zaxarova vurğulayıb ki, Rusiyaya görə Dağlıq Qarabağda münaqişənin güc yolu ilə həlli mövcud deyil :" Bizim burada mövqeyimiz Türkiyənin mövqeyindən fərqlənir".

XİN rəsmisi həmçinin vurğulayıb ki, Moskva münaqişənin həlli üçün əlindəki bütün imkanlardan istifadə etmək niyyətindədir.