logo

Ərdoğan: Şuşanın işğaldan azad edilməsi sevincimizi və ümidimizi artırıb

19:48 09-11-2020 | icon 1806
Ərdoğan: Şuşanın işğaldan azad edilməsi sevincimizi və ümidimizi artırıb

Bir millət, iki dövlət olduğumuz Azərbaycan torpaqlarının işğalına səssiz qala bilməzdik və qalmadıq. Şuşanın işğaldan azad edilməsi sevincimizi və ümidimizi artırıb. Qarabağdakı işğal bitənə qədər mübarizə bayrağı enməyəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 12-ci səfirlər konfransındakı çıxışında səsləndirib.

Azərbaycanın apardığı mübarizədə haqlı olduğunu, 28 ildir qaçqın həyatı yaşayan soydaşlarımızın öz yurdlarına dönmək hüququna malik olduqlarını bir daha xatırladan prezident Rəcəb Tayyib Ərdoğan əminliklə ifadə edib ki, Azərbaycan Kəlbəcər və Laçın başda olmaqla, qalan bütün ərazilərini işğaldan azad edəcək.