logo

Azərbaycanda daha 635 nəfər koronavirusa yoluxdu, 12 nəfər öldü

17:51 09-11-2020 | icon 1890
Azərbaycanda daha 635 nəfər koronavirusa yoluxdu, 12 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 635 yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.Qeyd edilib ki,  COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 66 min 46 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 49 min 411 nəfər müalicə olunaraq sağalıb, 852 nəfər vəfat edib. Aktiv xəstə sayı 15783 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 447 min 585 test aparılıb. Bugünkü test sayı isə 6355-dir.