logo

Üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda dalğalandığı üçün çox xoşbəxtik və qürurluyuq

16:20 09-11-2020 | icon 329
Üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda dalğalandığı üçün çox xoşbəxtik və qürurluyuq

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edib.

YeniAvropa xəbər verir ki, təbrikdə deyilir: “Dövlət Bayrağı Günü münasibətilə hər birinizi təbrik edirəm. Çox xoşbəxtik və qürurluyuq ki, üçrəngli bayrağımız artıq işğaldan azad olunmuş torpaqlarımızda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Qarabağımızın göz bəbəyi olan Şuşamızda qürurla dalğalanır. Hər birimizə sonsuz sevinc, qürur və fərəh hissi bəxş edən bu zəfərlərin memarı Ali Baş Komandan cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Şanlı Ordumuz, qəhrəman əsgərlərimiz qanı, canı bahasına torpaqlarımızı azad edir, üçrəngli bayrağımızı dalğalandırır. Eşq olsun Ali Baş Komandan cənab İlham Əliyevə! Eşq olsun Şanlı Azərbaycan Ordusuna!”.