logo

Prezidentin köməkçisi: Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi ekoloji terror təsbit edilib

15:13 09-11-2020 | icon 1897
Prezidentin köməkçisi: Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi ekoloji terror təsbit edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın azad olunmuş torpaqlarında işğal illərində Ermənistanın törətdiyi kütləvi ekoloji terroru və fəlakəti təsbit edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, min illik Çinar ağacı da daxil olmaqla çinar və şam ağacı meşələri qırılıb. Vəhşi heyvanlara da mərhəmət göstərməyiblər.