logo

Mehriban Əliyeva: Bizim qəlblərimiz öz bayrağımıza və Vətənimizə görə həmişə qürur hissi ilə dolu olacaq!

13:07 09-11-2020 | icon 1722
Mehriban Əliyeva: Bizim qəlblərimiz öz bayrağımıza və Vətənimizə görə həmişə qürur hissi ilə dolu olacaq!

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Dövlət Bayrağı Günü münasibəti ilə paylaşım edib. 

 YeniAvropa xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirəm! Bizim qəlblərimiz öz bayrağımıza və Vətənimizə görə həmişə qürur hissi ilə dolu olacaq! Qoy bizim üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!"