logo

Zəngilandakı sərhəd zastavalarında Azərbaycan bayrağı ucaldılıb

21:56 08-11-2020 | icon 1687
Zəngilandakı sərhəd zastavalarında Azərbaycan bayrağı ucaldılıb

İşğaldan azad edilmiş Zəngilan rayonu ərazisindəki Məmmədbəyli, Şərifan, Muğanlı, Tiri və Mincivan sərhəd zastavaları üzərində bu gün Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb.

YeniAvropa xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi yad olunub. Bildirilib ki, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin işğaldan azad edilməsi Azərbaycan Respublikasının dövlət sərhədlərinin təhlükəsizliyinin təminatı üçün son dərəcə vacib hadisə olub və hər bir Azərbaycan sərhədçisi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Qeyd olunub ki, sentyabrın 27-dən bu günədək 218 kənd və qəsəbənin, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli şəhərlərinin, bu gün isə Şuşa şəhərinin düşmən tapdağından azad etməsi müzəffər Ali Baş Komandanı olan Azərbaycan Silahlı Qüvvələrinin, qüdrətli prezidenti olan Azərbaycan dövlətinin, müdrik və qətiyyətli lideri olan Azərbaycan xalqının böyük qələbəsidir.