logo

Sabah Bakıda 17 dərəcə isti olacaq

11:38 08-11-2020 | icon 1582
Sabah Bakıda 17 dərəcə isti olacaq

Azərbaycanda noyabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 15-18, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə70-80 faiz, gündüz 50-55 faiz olacaq.

Noyabrın 9-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 15-18, dağlarda gecə 0-4, gündüz 6-10 dərəcə isti olacaq.

Noyabrın 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.