logo

Təhsil naziri ermənilərin öldürdüyü 16 yaşlı Şahmalıdan yazdı

21:56 07-11-2020 | icon 1547
Təhsil naziri ermənilərin öldürdüyü 16 yaşlı Şahmalıdan yazdı

"Bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub. 16 yaşlı Şahmalı Rəhimov Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonuna atılan mərmi nəticəsində həlak olub". 

YeniAvropa xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev öz "Facebook" hesabında yazıb. 

"Şahmalı Ağdam rayonu 94 nömrəli köçkün tam orta məktəbin 10-cu sinif şagirdi idi. Ermənistan təcavüzünün qurbanı olan məktəblilərimizin sayı artıq 10-a çatdı. Allah rəhmət eləsin!",- deyə nazir əlavə edib.