logo

Ermənilərin Bərdəyə atdığı raket 16 yaşlı gəncin ölümünə səbəb olub

20:18 07-11-2020 | icon 1708
Ermənilərin Bərdəyə atdığı raket 16 yaşlı gəncin ölümünə səbəb olub

Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

YeniAvropa xəbər verir ki, noyabrın 7-də düşmən tərəfin silahlı birləşmələri tərəfindən Bərdə rayonunun Yeni Əyricə kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub.

Qeyd edək ki, Şahmalı Rəhimov Ağdam rayonu 94 nömrəli köçkün tam orta məktəbin 10-cu sinif şagirdi idi.