logo

Makron Putinə zəng edib Qarabağdan danışdı

19:49 07-11-2020 | icon 1722
Makron Putinə zəng edib Qarabağdan danışdı

Noyabrın 7-də Fransa prezidenti Emmanuel Makronla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Kremlə istinadla yayılan xəbərdə bildirib ki, liderlər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Rusiya lideri həmkarına Dağlıq Qarabağda münaqişənin daha da qızışmasının qarşısının alınması və problemin həlli üçün danışıqların bərpası istiqamətində atılan addımlar barədə məlumat verib.