logo

Ərdoğan: Azərbaycan 30 ildir işğal altında qalan torpaqlarına qovuşur

18:46 07-11-2020 | icon 1715
Ərdoğan: Azərbaycan 30 ildir işğal altında qalan torpaqlarına qovuşur

Bir əsr bundan əvvəl bizi yox etmək istədikləri kimi, Anadolu torpaqlarından dünyaya və bölgəmizə sülh və rahatlıq gətirə biləcək mübarizə aparırıq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Kahramanmaraş təşkilatının konfransında söyləyib.

Türkiyənin xarici siyasətinin istiqamətləri, hökumətin həyata keçirdiyi layihələr, AKP-nin müəyyən etdiyi vəzifələr barədə siyasi həmfikirlərini məlumatlandıran dövlət başçısı çıxışında Dağlıq Qarabağ münaqişəsinə də yer ayırıb. Bildirib ki, Azərbaycan 30 ildir işğal altında qalan torpaqlarına qovuşur.