logo

MN: Qubadlıdan Qafanın atəşə tutulması xəbəri dezinformasiyadır

17:27 07-11-2020 | icon 1645
MN: Qubadlıdan Qafanın atəşə tutulması xəbəri dezinformasiyadır

Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı xəbər təxribat xarakterli dezinformasiyadır.

YeniAvropa xəbər verir ki, bu haqda  Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan ərazisindən Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusu bölmələrinin mövqelərini gün ərzində intensiv atəşə tutub.

Ordumuz yalnız sərhədlərimiz çərçivəsində düşmənin atəş nöqtələrinə qarşı adekvat tədbirlər görür.

Nazirlik bir daha bildirir ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur.