logo

Azərbaycanda daha 1410 nəfər koronavirusa yoluxdu, 13 nəfər öldü

16:28 07-11-2020 | icon 1610
Azərbaycanda daha 1410 nəfər koronavirusa yoluxdu, 13 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 1410 yoluxma faktı qeydə alınıb, 779 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 63 min 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 48 min 49 nəfər müalicə olunaraq sağalıb, 824 nəfər vəfat edib. Aktiv xəstə sayı 14875 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 429 min 508 test aparılıb. Bugünkü test sayı isə 12140-dır.