logo

“Xocasən”-“Avtovağzal” tunellərində qazıntı işləri yekunlaşıb

15:13 07-11-2020 | icon 2079
“Xocasən”-“Avtovağzal” tunellərində qazıntı işləri yekunlaşıb

“Xocasən” deposunu metronun “Avtovağzal” stansiyası ilə birləşdirən tunellərdə qazıntı işləri başa çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilir ki, metropolitendə yüksək etibarlılığı olan fiber-optik şəbəkənin çəkilməsi başa çatdırılıb, bununla yeni tipli şəbəkənin qurulması, yeni tipli server, kommunikasiya sistemləri və avadanlıqlarına keçilməsi üçün zəmin yaradılıb. Artıq bu istiqamətdə ən mühüm yeniliklərin bir qismi də reallaşdırılıb. Gələcəkdə qatar dispetçeri mərkəzinin SCADA sistemində sabit işlək vəziyyətinin təminatı yeni dövrün texnologiyalarına sürətli keçidin ardıcıl və mərhələli işləridir.

Hazırda “Elmlər Akademiyası” stansiyasında yerləşən inzibati binada ən müasir şərait və idarəetmə funksiyalarını özündə cəm edən vahid dispetçer mərkəzinin qurulması sürətlə davam edir. Bu məqsədlə 2019-cu ilin mart ayında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya rəsmi səfəri zamanı “Thales” şirkəti ilə ikitərəfli saziş imzalanıb. Həmin səfər çərçivəsində “Bənövşəyi xətt”in Xocasən qəsəbəsində inşa olunan deposunda müasir sistemlərin qurulması bu şirkətlə əməkdaşlıq nəticəsində həyata keçiriləcək. Yeni xətlərin tikintisində çətinliklərə, eyni zamanda, pandemiya şəraitinin xüsusi tələblərinə baxmayaraq, işlər öz axarı ilə davam etdirilir.

“Xocasən” deposunda birinci mərhələ üzrə əsas obyektlərin tikintisi davam edir. Deponu “Avtovağzal” stansiyası ilə birləşdirən tunellərdə qazıntı işləri başa çatıb. Sağ tunelin yolu hazırdır, sol tuneldə yol-tikinti işləri davam edir.