logo

Milli Məclisin İntizam komissiyası Bəhruz Məhərrəmova töhmət verdi

13:57 07-11-2020 | icon 280
Milli Məclisin İntizam komissiyası Bəhruz Məhərrəmova töhmət verdi

Noyabrın 7-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, iclasda deputat Bəhruz Məhərrəmov barəsində intizam tədbirinin tətbiq edilməsi məsələsinə baxılıb.

Komissiyanın üzvləri qeyd edib ki, parlamentin 2020-ci il noyabrın 6-da keçirilən plenar iclasında deputat B.Məhərrəmovun İran və İranın Ali Rəhbərinin ünvanına səsləndirdiyi fikirlər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir. Deputat öz çıxışlarında məsuliyyət hissini rəhbər tutmalı, Azərbaycanın milli maraqlarını daim nəzərə almalıdır.

Komissiyanın üzvləri bildiriblər ki, deputat Bəhruz Məhərrəmovun səsləndirdiyi fikirlər heç bir halda parlamentin mövqeyini ifadə etmir. Onlar əmin olduqlarını vurğulayıblar ki, xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətlərinə heç kəs xələl gətirə bilməz.

Müzakirələrin yekunu olaraq, İntizam komissiyası deputat  Bəhruz Məhərrəmov barəsində töhmət intizam tədbirinin tətbiqi haqqında qərar qəbul edib.