logo

Yeni növ müharibə-Azərbaycan monitora baxaraq düşməni məhv edir

13:09 07-11-2020 | icon 1554
Yeni növ müharibə-Azərbaycan monitora baxaraq düşməni məhv edir

“Bu gün Qarabağda gedən müharibə yeni növ müharibədir- bu sabahın ilk müharibəsidir”. 

 YeniAvropa xəbər verir ki, bu fikri “Starikovski” verilişinin qonağı olan “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko səsləndirib.

Onun sözlərinə görə, bu gün Qarabağda gedən müharibə hərb sənəti tarixində yeni səhifə açıb. “Qarabağ müharibəsi dronların müharibəsidir. İndiyə qədər müharibələrdə bu qədər dron və döyüş sursatları tətbiq edilməyib. Bu yeni növ müharibədir, XXI əsrin müharibəsidir – Azərbaycan Ordusu monitora baxaraq rəqibi məhv edir.

Rusiya müasir hərbi əməliyyatların necə aparıldığına dair yanaşmalarına düzəlişlər etmək üçün Qarabağ müharibəsini diqqətlə izləməlidir”, - deyə ekspert vurğulayıb.

"Ermənistan silahlı qüvvələrinin Qarabağdakı mövqelərinə diqqət çəkən İqor Korotçenko deyib ki, Ermənistan beton istehkamlar, yeraltı keçidlər inşa etməklə müdafiə xəttini gücləndirsə də, Azərbaycan başqa taktika seçdi. Yüzlərlə dronun hesabına ermənilərin hərbi texnikası planlı şəkildə məhv etdi. Köhnə prinsiplər əsasında müharibəyə girən Ermənistan isə hava hücumündan müdafiə sistemini təşkil edə bilmədi”, - deyə hərbi ekspert vurgulayıb.