logo

Hikmət Hacıyev:"Ermənilər Füzulidə qəbiristanlığı yerlə bir ediblər"

20:48 06-11-2020 | icon 1491
Hikmət Hacıyev:"Ermənilər Füzulidə qəbiristanlığı yerlə bir ediblər"

Füzuli rayonundakı qəbiristanlıq ermənilər tərəfindən yerlə bir edilib. Qəbiristanlıqlar vandalizm və barbarlığa məruz qalıb.

YeniAvropa xəbər verir ki, bu fikirləri Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.

“Ermənistanın törətdikləri barədə daha çox faktlar və hərbi cinayətlər işğal altındakı torpaqlara baxış zamanı ortaya çıxacaq. Ermənistan Azərbaycanın bütün izlərini silməyə çalışıb”, - deyə prezidentin köməkçisi qeyd edib.