logo

Vladimir Kliçko yenidən Kiyevin meri seçilib

18:30 06-11-2020 | icon 2149
Vladimir Kliçko yenidən Kiyevin meri seçilib

Məşhur ukraynalı boksçu, əfsanəvi dünya çempionu Vladimir Kliçko yenidən Kiyevin meri seçilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Kiyev şəhər ərazi seçki komissiyası məlumat yayıb.

Məlumata görə, sayılan bütün protokolların nəticələrinə əsasən, seçicilərin 365 min 161 min nəfəri Kliçkonun lehinə səs verib. Bu da seçicilərin 50, 52 faizi deməkdir.

Qeyd edək ki, Ukraynada yerli orqanlara seçkilər oktyabrın 25-də keçirilib. Mer 5 illik müddətinə seçilir. Əgər seçkilərdə namizədlərdən biri 50 faizdən çox səs toplayırsa, o, mer seçilmiş hesab edilir.