logo

ABŞ-da prezident seçkilərində səslərin hesablanması davam edir

11:57 06-11-2020 | icon 287
ABŞ-da prezident seçkilərində səslərin hesablanması davam edir

Noyabrın 5-i axşam saatlarına olan vəziyyətə görə, ABŞ-da prezident vəzifəsi uğrunda mübarizədə kimin qalib gəlməsi hələ məlum deyil. Çünki istər indiki prezident Donald Trampın, istərsə də sabiq vitse-prezident Co Baydenin topladığı seçkiçi səslərinin sayı qələbə üçün zəruri olan 270 səs baryerini adlamağa kifayət etmir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, təsdiqlənmiş son məlumatlara əsasən seçkiçilərin səslərinin ümumi hesabında Bayden liderlik edir: o, 253, Tramp isə 215 seçkiçi səsi qazanıb. ABŞ-ın səkkiz ştatında – Arizona, Nevada, Viskonsin, Miçiqan, Pensilvaniya, Corciya, Şimali Karolina və Alyaskada hələ qalib müəyyən edilməyib.

Bayden ümumxalq səsverməsində toplanan səslərin sayına görə cüzi üstünlüyə malikdir. O, təqribən 4 milyon səs fərqi ilə Trampı geridə qoyur.