logo

Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqillik Gününu təbrik etdi

20:25 18-10-2020 | icon 1946
Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqillik Gününu təbrik etdi

Bu gün Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan özünün rəsmi “Twitter” səhifəsində 18 oktyabr - Azərbaycanın Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Türkiyə prezidentinin paylaşımında qeyd olunub: “Can qardaşımız, can dostumuz Azərbaycanın 18 oktyabr - Müstəqillik Gününü təbrik edirəm. Bir millət, iki dövlət amalı ilə Azərbaycanı hər sahədə dəstəkləməkdə və Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik”.