logo

Ermənilərin Xızıya atdıqları raket havada zərərsizləşdirilib

18:44 18-10-2020 | icon 1729
Ermənilərin Xızıya atdıqları raket havada zərərsizləşdirilib

Oktyabrın 18-də cəbhə bölgəsindən yüz kilometrlərlə aralıda yerləşən Xızı rayonuna raket atılıb.

YeniAvropa xəbər verir ki, raket Xızı rayonunun Sitalçay qəsəbəsi ərazisində havada zərərsizləşdirilib. Raket şumlanmış əkin sahəsinə düşərək 3 hissəyə bölünüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Əraziyə cəlb olunan Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları bir ədəd “S-300” raketinin partlamış qalıqlarını aşkarlayıblar.

Qeyd edək ki, “S-300” raketinin qalıqlarına baxış zamanı onun 250-280 kilometr məsafədə uçuş qabiliyyətinə malik olduğu müəyyənləşib.