logo

Gürcüstanın xarici işlər naziri Azərbaycan xalqını təbrik edib

18:17 18-10-2020 | icon 1778
Gürcüstanın xarici işlər naziri Azərbaycan xalqını təbrik edib

Gürcüstanın xarici işlər naziri David Zalkaliani Azərbaycan xalqını 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, nazir bu barədə rəsmi "Twitter" hesabında paylaşım edib. Təbrikdə deyilir: “Azərbaycanın Dövlət Müstəqilliyinin elan edilməsinin 29-cu ili tamam olur. Bu münasibətlə Azərbaycan rəhbərliyini və xalqını ürəkdən təbrik edirəm. Ümidvaram ki, Gürcüstan ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq və nümunəvi münasibətlərimiz bundan sonra da bölgəmizdə sülh, sabitlik və tərəqqiyə töhfə verəcək”.