logo

Türkiyə parlamentinin sədri Mustafa Şəntop Azərbaycana rəsmi səfərə gəlib

15:20 18-10-2020 | icon 252
Türkiyə parlamentinin sədri Mustafa Şəntop Azərbaycana rəsmi səfərə gəlib

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop oktyabrın 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

 YeniAvropa xəbər verir ki,  hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Böyük Millət Məclisi sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Mustafa Şəntopu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və digər rəsmi şəxslər qarşılayıblar.