logo

Pakistanın baş naziri Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək verdi

14:35 18-10-2020 | icon 245
Pakistanın baş naziri Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək verdi

Pakistan İslam Respublikasının baş naziri İmran Xan rəsmi “Twitter” səhifəsində etdiyi paylaşımda Azərbaycana dəstəyini ifadə edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, baş nazir paylaşımda bildirib: “Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkələrinin ərazi bütövlüyünü şücaətlə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə ehtiramımızı bildiririk. Pakistan Dağlıq Qarabağ məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllində Azərbaycanı dəstəkləyir”.