logo

Mehriban Əliyeva: Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun!

12:45 18-10-2020 | icon 259
Mehriban Əliyeva: Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun!

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında Müstəqillik Günü ilə bağlı paylaşım edib.

 YeniAvropa xəbər verir ki, paylaşımda deyilir:

"Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!"