logo

Müdafiə Nazirliyi: Düşmənin cəbhəboyu hücumları dəf edilib

09:58 18-10-2020 | icon 1778
Müdafiə Nazirliyi: Düşmənin cəbhəboyu hücumları dəf edilib

Yeni atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.

Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.