logo

Azərbaycanda daha 528 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

18:15 17-10-2020 | icon 1792
Azərbaycanda daha 528 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına 528 yeni yoluxma faktı qeydə alınıb, daha 103 nəfər sağalıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda deyilir. Bildirilir ki, görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 44 min 317 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 903 nəfər müalicə olunaraq sağalıb, 623 nəfər vəfat edib. Aktiv xəstə sayı 3791 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 218 min 935 test aparılıb. Bugünkü test sayı isə 9133-dir.