logo

Müdafiə Nazirliyi: "Düşmənə məxsus "SU-25" təyyarəsi məhv edilib"

13:12 17-10-2020 | icon 1757
Müdafiə Nazirliyi: "Düşmənə məxsus "SU-25" təyyarəsi məhv edilib"

Oktyabrın 17-də saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində bölmələrimizin mövqelərinə hava zərbələri endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus bir ədəd "SU-25" təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.