logo

Azərbaycan Ordusu düşməndən Gəncə şəhidlərimizin qisasını aldı

11:05 17-10-2020 | icon 1792
Azərbaycan Ordusu düşməndən Gəncə şəhidlərimizin qisasını aldı

Çirkin, məkrli və qorxaq xislətinə uyğun olaraq döyüş meydanında acizliyini başa düşəndə dinc əhalini atəşə tutan Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusundan daha bir sarsıdıcı zərbə alıb. Qəhrəman Azərbaycan Ordusu düşmənin xaincəsinə yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olan şəhidlərimizin qisasını məhz döyüş meydanında alır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası rəşadətli Azərbaycan Ordusunun bölmələri tərəfindən məhv edilib.

YeniAvropa Nazirliyin mətbuat xidmətinə istinadla həmin videogörüntüləri təqdim edir.