logo

Gəncəyə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir

08:10 17-10-2020 | icon 2653
Gəncəyə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir

Gəncəyə atılan raketlər "SCUD/Elbrus" taktiki ballistik raketlərdir.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında yazıb.

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir. Bunu hadisə zonasından tapılan mərmilər sübut edir. SCUD raketini sıx məskunlaşmış mülki şəxslərə yönəltmək, Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini göstərir”,-deyə prezidentin köməkçisi bildirib.