Azərbaycanda sabahdan VPN-lər bağlana bilər
Mövcud müharibə səbəbi ilə bağlı ölkədə internetin verilməsində, sosial şəbəkələrə girişdə məhdudiyyətlər olduğu məlumdur. Amma VPN tətbiqindən istifadə etməklə sosial şəbəkələrdən istifadə etmək mümkündür. Ermənilərin təxribat xarakterli paylaşımlarının Azərbaycan xalqında ruh düşkünlüyü yaratmaması üçün nə etmək olar? VPN-dən istifadə məhdudlaşdırıla bilərmi?
YeniAvropa xəbər verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidmətindən verilən açıqlama deyilib:
"VPN- lə bağlı tərəfimizdən marifləndirici məzmunlu mətnlər kifayət qədər paylaşılıb. Bu mövzuda insanlar özləri də məsuliyyətli olmalıdırlar. Bildiyimiz kimi, ölkəmizdə hərbi vəziyyətdir və bu vəziyyətdə hər bir şəxs vətəndaş borcunu yerinə yetirməlidir. Düşmən bugün cəbhədə uduzduğu üçün istənilən təxribatı etməyə fürsət axtarır. Bu baxımdan ən əl çatan yol da kiber mühitdir. Kiber mühitdə hər bir insan bir fərd kimi özünü qorusa, müvafiq qurumların informasiyalarına istinad edib ona uyğun davransa, təxribatın qarşısı müəyyən qədər alınmış olar. VPN-ləri öz telefonlarımıza yükləməsək, qarşı tərəf bizə məxsus informasiyalara nail ola bilməyəcək.
İnsanları sosial şəbəkələrdə yayılan, rəsmi olmayan məlumatlara inanmamağa çağırırıq. Çünki bugün ölkəmiz informasiya alınması baxımından məhdudlaşdırılmayıb. Müəyyən kütləvi informasiya vasitələri və media qurumları tərəfindən kifayət qədər, lazımi informasiyalar cəmiyyətə ötürülür”.
Qeyd edək ki, bir çox VPN proqramları pulludur. Hazırda istifadə etdiyimiz VPN-lər isə 20-30 gün müddətinə pulsuz verilir. Nəzərə alsaq ki, ölkəmizdə sentyabrın 27-dən internetə giriş məhdudlaşdrılıb və bu müddətdən pulsuz VPN istifafə edənlər üçün sabahdan etibarən sistem bağlana bilər. (Redaktor.az)
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb