logo

Erməni tərəfində öldürülənlərin arasında Kanada, Livan vətəndaşları var

21:47 16-10-2020 | icon 1890
Erməni tərəfində öldürülənlərin arasında Kanada, Livan vətəndaşları var

Bizdə bu toqquşmadan da əvvəl məlumat var idi ki, PKK-çılar Qarabağda düşərgə qurmuşlar. Çünki bilirsiniz, Dağlıq Qarabağ nəzarətsiz bir ərazi idi. Orada hər hansı bir beynəlxalq nəzarət mexanizmi yox idi. Yəni nəzarətsiz bir sahədir. Ona görə orada qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuz silahlı birləşmələrin təlimləri və PKK düşərgələri də mövcud idi. İstisna edilmir ki, onlar da bu istehkamların qurulmasında rol oynayır.

YeniAvropa xəbər verir ki, bu barədə prezident İlham Əliyev bu gün Türkiyənin “A Haber” telekanalına müsahibəsində bildirib.

Dövlət başçısı bölgədə neçə PKK düşərgəsinin olması ilə bağlı suala cavabında deyib: “Onu biz deyə bilmərik. Çünki onlar bir yerdə dayanmırlar, onlar yerlərini dəyişirlər. Amma kifayət qədər çox idi. Hər halda bu məlumat bizdə bu son toqquşmadan əvvəl də var idi. Bu gün erməni tərəfindən vuruşan, öldürülən insanlar arasında şübhəli insanlar da var. Hər halda, Kanada pasportlu, Livan pasportlu insanlar var. Şəxsiyyətini müəyyən etmək mümkün olmayan insanlar var. Amma dəqiqdir ki, onlar erməni əsgəri deyil. Yəni, onlar muzdlulardır”.