logo

PKK/YPG terrorçuları Qarabağda ermənilərlə bir səngərdə

17:31 16-10-2020 | icon 2135
PKK/YPG terrorçuları Qarabağda ermənilərlə bir səngərdə

Ermənistan və onun xaricdəki təbliğatçıları özlərinin düzüb-qoşduğu “feyk” xəbərlərə, qurama “dəlillərə” söykənərək Qarabağda Azərbaycan ordusunun tərəfində “suriyalı terrorçuların” döyüşdüyü barədə beynəlxalq səviyyədə böyük kampaniya aparmaqdadır.Amma həqiqət bunun tam tərsidir. Regiona terrorçuları daşıyanın məhz Ermənistandır. 

YeniAvropa xəbər verir ki, bu barədə tutarlı sübutlar, dəlillər hələ Qarabağda müharibə başlamazan xeyli əvvəl yayılmışdı. Ermənistanın Suriya və İraqdan minlərlə PKK/YPG terrorçularını daşıyıb Qarabağda yerləşdirdiyi bütün təfərrüatları ilə məlum idi, ictimailəşmişdi və KİV-lər bu haqda yazmışdı.

İndi isə PKK/YPG terrorçularının Qarabağda ermənilərlə birlikdə Azərbaycana qarşı necə döyüşdüyünə dair sensasion kadrlar yayılıb. Bu videokadrlarda əllərində PKK bayrağı tutmuş onlarla terrorçu ermənilərlə birlikdə döyüş mövqelərindən birində rəqs edib əylənir, ermənilərlə PKK-çıların qardaşlığı haqda şüarlar deyir.