logo

XİN ABŞ dövlət katibinin fikirlərinə münasibət bildirib

14:29 16-10-2020 | icon 1848
XİN ABŞ dövlət katibinin fikirlərinə münasibət bildirib

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Maykl Pompeo oktyabrın 15-də “WSB Atlanta” televiziya kanalında "Erik Erikson Şou" verilişində səsləndirdiyi fikirlər sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında bildirilir.

Açıqlamada, həmçinin deyilir: “Azərbaycan tərəfi hesab edir ki, ABŞ dövlət katibinin fikirləri ABŞ Hökuməti tərəfindən münaqişə ilə bağlı bundan əvvəl edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil.

Bu fikirlər, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi ABŞ-ın statusuna uyğun gəlmir".