logo

"Ermənistan münaqişənin coğrafiyasını genişləndirməyə çalışır"

13:31 16-10-2020 | icon 1785
"Ermənistan münaqişənin coğrafiyasını genişləndirməyə çalışır"

"“Ermənistan Naxçıvanın Ordubad rayonuna raket hücumu edib. Bu, Ermənistanın bütün yollarla münaqişənin coğrafiyasını genişləndirməyə çalışdığına dəlalət edir”.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

“Hərbi əməliyyat teatrının xaricində Azərbaycan şəhərlərinə raket atəşi açılır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”, - deyə, o, vurğulayıb.