logo

Gürcüstanın 6,76 milyard dollar xarici borcu var

09:50 16-10-2020 | icon 2352
Gürcüstanın 6,76 milyard dollar xarici borcu var

Oktyabrın 1-nə olan məlumata görə, Gürcüstanın ümumi xarici borcu 6,76 milyard ABŞ dolları təşkil edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumat Gürcüstan Maliyyə Nazirliyinin hesabatında yer alıb. Bildirilir ki, bu məbləğin 6,5 milyard dolları hökumətin payına düşür.

Gürcüstanın Azərbaycana olan borcu isə 5,685 milyon ABŞ dollarıdır. Qonşu dövlətin Azərbaycana borcu avqust ayı ilə müqayisədə dəyişməyib. Gürcüstanın Türkiyəyə 10,959 milyon dollar, Rusiyaya 43,134 milyon dollar borcu var. Gürcüstanın ən çox borcu olduğu ölkələr Fransa (554,7 milyon ABŞ dolları), Almaniya (495 milyon ABŞ dolları) və Yaponiyadır (215,1 milyon ABŞ dolları).