logo

Qırğızıstanın baş naziri prezidentin səlahiyyətlərini öz üzərinə götürüb

20:55 15-10-2020 | icon 2366
Qırğızıstanın baş naziri prezidentin səlahiyyətlərini öz üzərinə götürüb

Qırğızıstanın baş naziri Sadır Japarov prezidentin səlahiyyətlərini öz üzərinə götürüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə o, Hökumət Evinin önündə mitinqçilərin qarşısında çıxış edərkən deyib.

S.Japarov bildirib: “Prezident Sooronbay Jeenbekov istefa verməsi haqqında ərizə yazıb. Konstitusiyaya görə, prezidentin səlahiyyətləri Joqorku Keneşin (parlament) sədrinə keçir. Parlamentin sədri Kanat İsayev isə prezidentin səlahiyyətlərini öz üzərinə götürməkdən imtina edir. O bununla əlaqədar ərizə də yazıb. Beləliklə baş nazir kimi prezidentin səlahiyyətləri də mənə keçib”.

Xatırladırıq ki, bu gün Qırğızıstanın prezidenti Sooronbay Jeenbekov istefa verdiyini elan edib.