logo

Çavuşoğlu Lavrovla Ermənistanın humanitar atəşkəsi pozmasından danışdı

18:58 15-10-2020 | icon 1435
Çavuşoğlu Lavrovla Ermənistanın humanitar atəşkəsi pozmasından danışdı

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında Ermənistanın humanitar atəşkəsə əməl etməməsi ilə bağlı telefon danışığı olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb. Bildirilir ki, tərəflər Dağlıq Qarabağ problemi, Ermənistanın atəşkəsə əməl etməməsi, düşmənin mülki azərbaycanlı əhalini hədəf alması, o cümlədən Tərtərdə dəfn mərasim zamanı qəbiristanlığa edilən hücum məsələlərini müzakirə ediblər.