logo

Bu gün daha 33 şagird koronavirusa yoluxub

15:20 15-10-2020 | icon 1645
Bu gün daha 33 şagird koronavirusa yoluxub

Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı növbəti məlumat açıqlanıb.

Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, 14 şagirdin, işçi heyətdən 2 nəfərin bədən hərarəti 37 dərəcədən yuxarı olub. Habelə 33 şagird, işçi heyətdən 12 nəfər isə koronavirusa yoluxub. Üç sinifdə əyani dərslər bərpa olunub. 7 məktəbdə və 8 sinifdə dərslər təhsilin distant formasına keçirilib.

Xatırladaq ki, respublika üzrə 37 məktəbdə və 60 sinifdə koronavirusa yoluxma hallarına görə distant təhsilə keçid edilib.