logo

Ermənilər dəfn zamanı qəbiristanlığa mərmi atdı, ölən və yaralananlar var

14:47 15-10-2020 | icon 1638
Ermənilər dəfn zamanı qəbiristanlığa mərmi atdı, ölən və yaralananlar var

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu ağır artilleriyadan atəşə tutmaqda davam edir.

 YeniAvropa xəbər verir ki, oktyabrın 15-i düşmən növbəti dəfə məqsədli şəkildə dinc sakinləri hədəfə alıb.

Ermənistan ordusu Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığı dəfn mərasimi zamanı ağır artilleriyadan atəşə tutub.

Qəbiristanlığın qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində həmin vaxt orada olan şəhər sakinləri - 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu, 1962-ci il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu və 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu həlak olub, Məmmədov Fizuli Əli oğlu, Əmirov İsgəndər Yelmar oğlu, Allahverdiyev Elsevər Vəli oğlu, Əmirov Nofəl Yelmar oğlu və Qəzənfərli Rəfael Qəzənfər oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Bu vandalizm aktı nəticəsində, həmçinin qəbiristanlıqda bir neçə məzar dağılıb, dəfn mərasimində iştirak edən sakinlərin avtomobillərinə ciddi ziyan dəyib.