logo

Ərdoğan Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə etdi

20:49 14-10-2020 | icon 315
Ərdoğan Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. Telefon söhbəti zamanı tərəflər Türkiyə-Rusiya əlaqələrinin inkişafına dair addımları müzakirə ediblər, həmçinin, Ermənistan-Azərbaycan məsələsi, Suriya və Liviyadakı vəziyyətlər də dəyərləndirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Azərbaycan ərazisinə hücum edərək yeni bir böhran yaradan Ermənistanın 30 ilə yaxın zamanda həyata keçirdiyi işğalçılığını davam etdirməyə çalışdığını bildirərək, Türkiyənin istər Minsk qrupu daxilindəki statusla, istərsə də ikitərəfli əlaqələr çərçivəsində bu məsələnin dayanıqlı bir həllə çatmasına tərəfdar olduğunu ifadə edib.

Türkiyənin dövlət başçısı, həmçinin Suriya böhranının siyasi həll variantının qorunmasının vacibliyini də vurğulayıb.