logo

Prezidentin köməkçisi: Azərbaycan öz ərazilərini işğaldan azad edir

16:30 14-10-2020 | icon 1603
Prezidentin köməkçisi: Azərbaycan öz ərazilərini işğaldan azad edir

 Azərbaycan öz ərazilərini işğaldan azad edir.

YeniAvropa xəbər verir ki, bu fikri oktyabrın 14-də xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib.

Prezidentin köməkçisi münaqişənin həlli prinsiplərinin müəyyən edildiyini bildirib.

O vurğulayıb ki, münaqişənin həlli prosesinə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsi ilə başlanıla bilər : "Bu münaqişə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilə bilər".